...

Gəncədə eyni anda iki ev yanıb

Hadisə Materials 22 İyul 2019 17:32 (UTC +04:00)
Kəpəz rayonunda bir-birinə bitişik iki fərdi ev yanıb
Gəncədə eyni anda iki ev yanıb

Bakı. Trend:

Kəpəz rayonunda bir-birinə bitişik iki fərdi ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının və aynabəndinin yanar konstruksiyaları 42 m² sahədə, tavanı 17 m² sahədə, bitişik, ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin çardağının taxta atmaları 5 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti