...

Silsilə oğurluqlar edən Samux sakini Kəpəzdə tutuldu

Hadisə Materials 15 Avqust 2019 18:43 (UTC +04:00)
Kəpəz rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən A.Behbudov saxlanılıb.
Silsilə oğurluqlar edən Samux sakini Kəpəzdə tutuldu

Bakı. Trend:

Kəpəz rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən A.Behbudov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevral-iyul ayları ərzində Rayon Subartezian Quyularının İstismarı İdarəsinə məxsus quyudan, 2 avtomobildən və 1 evdən elektrik naqili, pul, maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən Samux rayon sakini A.Behbudov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti