...

Qubada dağlıq ərazidə itkin düşən şəxsin meyiti tapılıb

Hadisə Materials 26 Avqust 2019 09:12 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Quba rayonu, Tüləkəran kəndi yaxınlığında, dağlıq ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri 1960-cı il təvəllüdlü Nəsirov Sahib Nəsrəddin oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti