...

Zaqatalada fındıq oğruları ələ keçdi

Hadisə Materials 21 Sentyabr 2019 15:16 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun 2 nəfər Qımır kənd sakini onlara məxsus evdən və həyətyanı sahədən ümumilikdə 9 kisə fındığın oğurlanması barədə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Həmin hadisəni törədən şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluğu edən şəxsin rayonun Bazar kənd sakini 30 yaşlı Elçin Hacıyev olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. İlkin ifadəsində E.Hacıyev etdiyi cinayət əməlini etiraf edib və oğurladığı fındıqları müxtəlif şəxslərə satdığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bəhmətli kənd sakininə məxsus 126 kq fındığı oğurlayan şəxsin elə onun həmkəndlisi Qabil Arıxov olduğu müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti