Bakı. Samir Əli - Trend:
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Naxçıvan Muxtar Respublikası vətəndaşı, 1981-ci il təvəllüdlü Talıbov Məmməd Məhəmmədəli oğlu idarə etdiyi "Baic" markalı 90 PC 299 dövlət nömrə nişanlı avtomobillə Təbriz küçəsində hərəkətdə olarkən yolu keçən piyada, 1972-ci il təvəllüdlü Qasprinski Renad Süleymanoviçi vurub.
Piyada yaralı vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.