...

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən spirtli içki və siqaretlər aşkarlanıb

Hadisə Materials 5 Oktyabr 2019 14:23 (UTC +04:00)
Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən spirtli içki və siqaretlər aşkarlanıb
Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən spirtli içki və siqaretlər aşkarlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz E220" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə baxış keçirilib. Bu zaman nəqliyyat vasitəsinin arxa və ön oturacaqlarının altından 2000 ədəd "King" markalı siqaret və hər biri 1 litr olmaqla 20 ədəd üzərində "Jameson" yazılan spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti