...

Xızıda avtomobil piyadanı vurub öldürdü

Hadisə Materials 24 Oktyabr 2019 20:44 (UTC +04:00)
Xızı rayonunun Sitalçay kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Xızıda avtomobil piyadanı vurub öldürdü

Bakı. Trend:

Xızı rayonunun Sitalçay kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də saat 22 radələrində Xızı rayonunun Sitalçay kəndi ərazisində Quba rayon sakini Şöhrət Novruzov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti