...

Həbsdə olan ərinə tiryək vermək istəyən qadın saxlanılıb

Hadisə Materials 29 Oktyabr 2019 14:09 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Cəfərov Məhəmməd Rahid oğlu ilə qısamüddətli görüşə getmiş arvadı, Lənkəran şəhər sakini Rəsulova Şəbnəm İltifat qızı tərəfindən aparılmış sovqata baxış keçirilən zaman orada olan gödəkcənin cibində gizlədilmiş bükülüdə 2.1 qram narkotik maddə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti