...

Qubada iribuynuzlu heyvan quyuya düşüb

Hadisə Materials 11 Noyabr 2019 23:26 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Quba rayonunun Qamqam kəndində iribuynuzlu heyvanın dərinliyi 12 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub
Qubada iribuynuzlu heyvan quyuya düşüb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Quba rayonunun Qamqam kəndində iribuynuzlu heyvanın dərinliyi 12 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti