...

Ağdamdakı atışma ilə bağlı saxlanılan var

Hadisə Materials 6 Dekabr 2019 12:30 (UTC +04:00)
DİN Ağdamdakı atışma ilə bağlı rəsmi məlumat yayıb
Ağdamdakı atışma ilə bağlı saxlanılan var

Bakı. Samir Əli - Trend:

Dekabrın 5-də Ağdam rayonunun Yüzbaşılı kəndində yaşayan, əvvəllər məhkum olunmuş C.İsmayılovun həyətinə gəlmiş şəhər sakini O.Məmmədovla aralarında baş vermiş münqişə zamanı C.İsmayılovun tüfəngdən açdığı atəşlə O.Məmmədova xəsarət yetirməsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, xəsarət almış O.Məmmədov xəstəxanaya yerləşdirilib.

Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İsmayılov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti