...

Abşeron Gənclər Şəhərciyində yanğın baş verib (VİDEO)

Hadisə Materials 9 Yanvar 2020 14:59 (UTC +04:00)
Abşeron rayonunda yanğın baş verib.
Abşeron Gənclər Şəhərciyində yanğın baş verib (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Abşeron rayonunda yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

Yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Bildirilir ki, ümumi sahəsi 45 m² olan 1 otaqlı mənzildə 2 m² sahədə xalça yanıb. Yanğın, yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi ev sahibi tərəfindən söndürülüb.

Adıçəkilən ərazidə yaşayan sakinlərin sözlərinə görə, hadisədə xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti