...

Kürdəxanıda evdən 1 kq-dan çox heroin tapılıb

Hadisə Materials 13 Yanvar 2020 20:33 (UTC +04:00)

Bakı. Trend:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin götürülüb.

Davam etdirilən tədbirlərlə onun Kürdəxanı qəsəbəsindəki evindən 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti