...

Bakıda psixotrop maddələr satan əczaçılar saxlanıldı

Hadisə Materials 22 Yanvar 2020 12:20 (UTC +04:00)
Abşeron rayon və Bakı sakinləri satışına məhdudiyyət qoyulmuş həbləri satarkən saxlanılıblar
Bakıda psixotrop maddələr satan əczaçılar saxlanıldı

Bakı. Trend:

Abşeron rayon və Bakı sakinləri satışına məhdudiyyət qoyulmuş həbləri satarkən saxlanılıblar.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə daxil olan məlumata əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova 9 ədəd “Tramadol” və 5 ədəd “Prebagalin” həblərini satarkən saxlanılıblar.

Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd “Tramadol”, 667 ədəd “Pregabalin”, 659 ədəd “T-doll”, 246 ədəd “Contramal”, 10 ədəd “Tamol XX”, 58 ədəd “Royal”, 70 ədəd “Lyrica” və 126 ədəd “Regapen” aşkar edilərərk götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti