...

Xəzər rayonunda 5 otaqlı ev yanıb

Hadisə Materials 5 Fevral 2020 11:46 (UTC +04:00)
Xəzər rayonunda birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb
Xəzər rayonunda 5 otaqlı ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 80 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti