...

Bakı sakinindən 2 kq heroin götürüldü

Hadisə Materials 9 Mart 2020 16:27 (UTC +04:00)

Bakı. Trend:

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sahil qəsəbə sakini M.Zeynalovun yaşadığı evə baxış zamanı 2 kiloqram 35 qram heroin, idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı 277 qramdan artıq heroin və 21 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti