...

Bərdədə avtomobil kanala aşdı, ölən və yaralananlar var

Hadisə Materials 17 Mart 2020 09:31 (UTC +04:00)
Bərdə rayonunda ağır yol qəzası baş verib.
Bərdədə avtomobil kanala aşdı, ölən və yaralananlar var

Bakı. Samir Əli - Trend:

Bərdə rayonunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, rayonun Lənbəran kəndi ərazisində Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Ceyhun Xuduzadə "Hyundai Elantra" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək onu yolun kənarındakı kanala aşırıb.

Hadisə nəticəsində sürücü və sərnişinlər- Sadəgül Həsənova, Günel Mirzəyeva, Heyran Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. S.Həsənova xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti