Bakı. Trend:
Paytaxt polisi koronavirus infeksiyasına qarşı profikatik tədbirlər çərçivəsində fəaliyyətini davam etdirir.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, həyata keçirilən bütün tədbirlər şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.
İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejimin bütün tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar.