...

Qazaxda partlamamış mərmi başlığı aşkar olunub (FOTO)

Hadisə Materials 4 Aprel 2020 01:58 (UTC +04:00)
Qazaxda partlamamış mərmi başlığı aşkar olunub (FOTO)

Bakı. Trend:

2020-ci il 03 Aprel tarixində saat 15:20-də Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Kəmərli kəndi ərazisində 1 ədəd partlamamış mərmi başlığının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd döyüş başlığı (1-M557) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Döyüş başlığının ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti