...

Xaçmazda avtomobili aşıran sürücü hadisə yerində öldü

Hadisə Materials 4 Aprel 2020 13:42 (UTC +04:00)
Xaçmazda avtomobili aşıran sürücü hadisə yerində öldü

Bakı. Trend:

Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 3-də saat 20 radələrində Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində şəhər sakini Ramil Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti