...

Biləsuvarda minik avtomobilləri toqquşub

Hadisə Materials 20 Aprel 2020 09:11 (UTC +04:00)

Bakı. Trend:

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində “NAZ” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “NAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti