...

Bakıda qəza: "07" aşdı (FOTO/VİDEO)

Hadisə Materials 2 May 2020 11:26 (UTC +04:00)
Bakıda qəza: "07" aşdı (FOTO/VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Bakıda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsində qeydə alınıb. Adıçəkilən küçədə hərəkət edən 99-NL-451 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək aşıb.

Ətrafda olan insanlar sürücünü avtomobildən çxıararaq ilkin yardım göstəriblər. O, yüngül xəsarətlər alsa da, avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti