...

İranda baş verən zəlzələdə 1 nəfər ölüb, 11 nəfər yaralanıb

Hadisə Materials 8 May 2020 02:21 (UTC +04:00)

Bakı. Trend:

Tehranda baş verən zəlzələ zamanı 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri PirHüseyn Kulivand deyib.

Bildirilir ki, həlak olan şəxs Gilavənd şəhərinin 60 yaşlı sakinidir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

XXX

01:35

İranın paytaxtı Tehranın Dəmavənd bölgəsində və Mazandaran əyalətində 5,1 gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar yerli vaxtla saat 00:48-də qeydə alınıb. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti