...

Bakıda yüksək sürət və yağışlı hava ölümə səbəb oldu (VİDEO)

Hadisə Materials 8 May 2020 10:47 (UTC +04:00)
Bakıda yüksək sürət və yağışlı hava ölümə səbəb oldu (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Sabunçu rayonu, Nardaran qəsəbəsində qeydə alınıb. Qəzaya səbəb havanın yağışlı olması və yüksək sürət olub.

Belə ki, Bakı Dairəvi-2 yolu ilə yüksək sürətlə hərəkətdə olan "Hyundai Sonata" markalı minik avtomobili yolun yağışlı olmasına görə idarəetməni itirib. Nəticədə yoldan çıxan avtomobil hasara çırpılıb. Nəticədə sürücü aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti