...

Bakıda 18 yaşlı gəncə küçədə hücum edildi

Hadisə Materials 14 May 2020 11:00 (UTC +04:00)
Bakıda gənc oğlan küçədə döyülərək qarət olunub.
Bakıda 18 yaşlı gəncə küçədə hücum edildi

Bakı. Samir Əli - Trend:

Bakıda gənc oğlan küçədə döyülərək qarət olunub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Q. Qarayev prospektində baş verib. Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Xaqan Cəfərli küçədə naməlum şəxslərin hücumuna məruz qalıb. Həmin şəxslər 18 yaşlı gənci döyərək telefonunu əlindən alıblar.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri, 1999-cu il təvəllüdlü Elşən Məmmədov və 2002-ci il təvəllüdlü Elgün Abdullayev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti