...

Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Hadisə Materials 3 İyun 2020 15:51 (UTC +04:00)
Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Bakı. Trend:

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Yanğın saat 14:37-də yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində təqribən 35 ha sahədə quru ot və kol-kos yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti