...

Masallıda gizli işləyən kafe və çayxana aşkarlandı, 15 nəfər saxlanıldı (FOTO)

Hadisə Materials 3 İyul 2020 09:43 (UTC +04:00)
Masallıda gizli işləyən kafe və çayxana aşkarlandı, 15 nəfər saxlanıldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində Masallı şəhəri ərazisində yerləşən 1 kafe və 1 çayxananın sərtləşdirilmiş karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Obyektlərə baxış zamanı orada olan kafenin sahibi Ramiz Abıyev və 3 nəfər müştərinin, çayxananın sahibi olan Səfər Əlizadə və 8 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslər Masallı Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti