...

Füzulidə tank əleyhinə idarəolunmayan raket aşkarlanıb (FOTO)

Hadisə Materials 17 İyul 2020 21:18 (UTC +04:00)
Füzulidə tank əleyhinə idarəolunmayan raket aşkarlanıb (FOTO)

Bakı. Trend:

2020-ci il 17 İyul tarixində saat 11:14-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Babı kəndi ərazisində yolun kənarında 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə idarəolunmayan PQ-7L raketi aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Raketin ətrafında 200 kv.m əraziyə yerüstü, 120 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti