...

Qəbələdə karantini pozaraq gizli işləyən hazırlıq mərkəzi aşkarlanıb (FOTO)

Hadisə Materials 24 İyul 2020 14:31 (UTC +04:00)
Qəbələdə karantini pozaraq gizli işləyən hazırlıq mərkəzi aşkarlanıb (FOTO)

Bakı. Trend:

Qəbələ Rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində şəhər ərazisində karantin qaydalarını pozaraq, gizli fəaliyyət göstərən özəl uşaq hazırlıq mərkəzi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, dərhal həmin mərkəzin fəaliyyəti dayandırılıb.

Obyekti işlədənə, uşaqların valideynlərinə və müəllimlərə ölkədə elan edilmiş karantin rejiminin qaydaları və tələbləri izah olunub. Qaydaları pozduqları üçün həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti