...

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Hadisə Materials 5 Avqust 2020 18:59 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 29 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti