...

Lənkəranda süni göldə 17 yaşlı gəncin meyiti tapılıb

Hadisə Materials 13 Sentyabr 2020 20:33 (UTC +04:00)
Lənkəranda süni göldə 17 yaşlı gəncin meyiti tapılıb

Bakı. Trend:

Lənkəran şəhərinin Darquba kəndində süni göldə batan 2003-cü il təvəllüdlü Əliyev Elşad Tofiq oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, E.Əlyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti