...

AzTU-nun professoru vəfat etdi (FOTO)

Hadisə Materials 16 Sentyabr 2020 10:08 (UTC +04:00)
AzTU-nun professoru vəfat etdi (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Texniki Universitetinin (AzTU)Azərbaycan dili və pedaqogika kafedrasının professoru Əzizə Mikayılova dünyasını dəyişib.

Universitetdən Trend-ə verilən məlumatda bildirilir ki, Ə. Mikayılova uzun sürən xəstəlikdən sonra vəfat edib.

Əzizə Mikayılova 1984-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2001-2005-ci illərdə AzTU-nun Azərbaycan dili və pedaqogika kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib. 2005-ci ildən dosent vəzifəsinə seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti