...

Avtomobil təmiri sexində yanğın olub, “Mercedes” yanıb

Hadisə Materials 16 Noyabr 2020 09:20 (UTC +04:00)
Avtomobil təmiri sexində yanğın olub, “Mercedes” yanıb

Bakı. Trend:

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 450 kv.m olan avtomobil təmiri sexində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri və sexin dam örtüyü 20 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sexin qalan hissəsi və içərisində olan “ВАЗ” markalı minik avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti