...

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Hadisə Materials 7 Dekabr 2020 19:12 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

Bakı. Trend:

Ötən gün ərzində törədilmiş 14 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli səkkiz fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti