...

Beyləqanda ağır qəza: 1 ölü, 3 yaralı var (FOTO)

Hadisə Materials 21 İyun 2021 15:51 (UTC +04:00)
Beyləqanda ağır qəza: 1 ölü, 3 yaralı var (FOTO)

Beyləqan. Aslan Məmmədli. Trend:

Beyləqanda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, qəza bu gün saat 12 radələrində Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Beyləqan rayon Türklər kənd sakini, 1958-ci il təvəllüdlü Aydınov Murad Nupil oğlunun idarə etdiyi 11-BJ-137 dövlət nömrə nişanlı VAZ-21011 və Beyləqan rayon İkinci Aşıqlı kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Hidayət Seyidimran oğlunun sükan arxasında olduğu 11-BX-921 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobil toqquşub.

Hadisə nəticəsində VAZ-21011 markalı avtmobilin sürücüsü dünyasını dəyişib, digər avtomobilin sürücüsü və sərnişinləri - Beyləqan rayon İkinci Aşıqlı kənd sakinləri Pətiyeva Güləndam Kərim qızı və Paşayeva Zülfiyyə Kərim qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Beyləqan rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti