Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonunun Qiyaslı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qrupu cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə 1 nəfər deformasiyaya uğrayan "Hyundai" markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.