Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub

Hadisə Xəbər 3 İyul 2021 23:16 (UTC +04:00)
Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub

Bakı. Trend:

Bu gün batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Nardaran”, “Bilgəh”, “Qızılqum” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti