...

İlin birinci yarısında 756 yol qəzası baş verib, 290 nəfər həlak olub

Hadisə Materials 12 İyul 2021 14:35 (UTC +04:00)
İlin birinci yarısında 756 yol qəzası baş verib, 290 nəfər həlak olub

Bakı. Trend:

2021-ci ilin birinci yarısında respublikada baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, respublika ərazisində cari ilin 6 ayı ərzində ölüm və xəsarətlə nəticələnən​ 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalarda 290​ nəfər həlak olub,​ 698​ nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.​ Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin​ sayı 4 (-0,5%) fakt,​ ölənlərin​ sayı 35 (-10,8%) nəfər, yaralananların​ sayı isə 3​ (-0,4%)​ nəfər azalıb​

Müəyyən edilib ki, sürücülər tərəfindən​ yol hərəkəti qaydalarının pozulması nəticəsində 734 (97%)​ yol-nəqliyyat hadisəsi​ (piyadalar tərəfindən 18 - 2,4%)​ baş verib. Bu qayda pozuntularının 302-si (39,9%)​ nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (142 ölü, 230 yaralı), 241-i​ (31,8%) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması (73 ölü, 236 yaralı), 72-i (9,5%) yolayrıclarını keçmə qaydalarının pozulması (15 ölü, 93 yaralı), 10-u​ (1,3%)​ nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi olub (5 ölü, 9 yaralı).

Qəzaların növləri içərisində piyadanı vurmaq (304 - 40,2%) və toqquşma (270 - 35,7%) əvvəllər də olduğu kimi üstünlük təşkil edir (maneəni vurmaq 75 – 9,9%, aşma​ 66-8,7%). Həlak olan​ 290​ nəfərdən (qadınlar 53 nəfər,​ 7-16 yaş​ 26​ nəfər,) 123-ü piyada, 87-i sürücü,​ 68-i sərnişin,​ 10-u velosipedçi, 2-i isə digər hərəkət iştirakçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti