Bakı. Humay Ağacanova - Trend:
Bərdədə kanalda 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.