Bakı. Trend:
Abşeron rayonunun Masazır qəsəbəsində səkkizmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 63 m² olan mənzilin (təmir olunur) eyvanında qaz sayğacı, pəncərə çərçivəsi və istifadəyə yararsız tikinti materialları 4 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.