...

Metroda sərnişin qatar yoluna düşüb

Hadisə Materials 5 Dekabr 2021 10:30 (UTC +04:00)
Metroda sərnişin qatar yoluna düşüb

Bakı. Samir Əli - Trend:

"İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

"Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə, dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub.

Aidiyyəti üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti