...

İmişlidə mağazada yanğın olub

Hadisə 14 Yanvar 2022 09:13 (UTC +04:00)

Bakı. Fərid Zöhrabov - Trend:

İmişli şəhərində ərzaq mağazasında yanğın olub.

Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhər ərazisində ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli obyektin (1-ci mərtəbəsi ərzaq mağazası, 2-ci mərtəbəsi fəaliyyət göstərmir) birinci mərtəbəsinin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti