...

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb (FOTO)

Hadisə 18 Yanvar 2022 17:32 (UTC +04:00)
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Ağstafa rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Şamil Musayev narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Ş. Musayevin narkotik vasitədən istifadə etdiyi məlum olub.

Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti