...

Cəlilabadda minik avtomobili su kanalına düşüb, ölən var

Hadisə Materials 31 Yanvar 2022 08:45 (UTC +04:00)
Cəlilabadda minik avtomobili su kanalına düşüb, ölən var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad şəhərində "VAZ markalı minik avtomobilinin körpüdən aşaraq su kanalına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Fətəliyev Emin Asəf oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti