...

Bakıda evdə baş verən yanğın söndürülüb

Hadisə Materials 28 Fevral 2022 10:54 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti