...

Dağıstanda ağır avtoqəza baş verib, ölən və yaralılar var

Hadisə Materials 5 Mart 2022 07:46 (UTC +04:00)

Bakı. Trend:

Dağıstanın Qayakənd rayonunda 4 avtomobilin iştirakı ilə qəza baş verib, ölən və yaralananlar var.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi yayıb.

Qeyd olunur ki, “Qafqaz” federal magistralında şənbə günü gecə saatlarında 3 "VAZ" və BMW-X5 markalı avtomobillər toqquşub.

"Hadisə nəticəsində "VAZ" avtomobillərindən birinin sürücüsü və iki sərnişini - 47 və 63 yaşlı qadınlar ağır bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Daha sonra 63 yaşlı qadın xəstəxanada dünyasını dəyişib", - məlumatda bildirilir.

Qurum əlavə edir ki, qəza BMW markalı avtomobilin sürscüsü tərəfindən ötmə qaydalarını pozma səbəbindən baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti