...

AMEA-nın professoruna qarşı 2 milyon manat dələduzluq edən şəxsə 9 il cəza verildi

Hadisə Materials 17 Mart 2022 13:26 (UTC +04:00)
AMEA-nın professoruna qarşı 2 milyon manat dələduzluq edən şəxsə 9 il cəza verildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Səadət Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.

Daha sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Səadət Xəlilov 9 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Səadət Xəlilovun 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, itihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov onun 2 milyon manatını ələ keçirib. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Ötən ilin dekabr ayında keçirilən məhkəmə iclaslarına gəlmədiklərinə görə onlar haqqında axtarış elan edilərək hər ikisi həbs edilib. Bundan sonra Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb. Səadət Xəlilov hazırda tək mühakimə olunur.

S.Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti