...

Şəkidə yabanı çətənə kolları məhv edilib (FOTO)

Hadisə Materials 6 İyun 2022 12:11 (UTC +04:00)
Şəkidə yabanı çətənə kolları məhv edilib (FOTO)

Bakı. Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Baş Göynük kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 450 kiloqrama yaxın çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti