...

Qubadlıda yabanı halda bitmiş 4 tondan artıq çətənə kolu aşkar edilib (FOTO/VİDEO)

Hadisə Materials 17 İyun 2022 11:35 (UTC +04:00)

Bakı. Trend:

Qubadlı Rayon Polis Şöbəsin, Dövlət Sərhəd Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmakdaşlarının birgə keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Muradxanlı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 4 tondan artıq olan 16 403 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti