...

Şirvan sakininin evindən külli miqdarda heroin aşkarlanıb

Hadisə Materials 22 İyun 2022 11:26 (UTC +04:00)
Şirvan sakininin evindən külli miqdarda heroin aşkarlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şirvanda polis əməliyyat keçirib, saxlanılan şəxsin evindən külli miqdarda heroin aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Əkbərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı bir büküm narkotik maddə olan heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 1 kiloqrama yaxın olan heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti