...

Bakıda sexdə yanğın olub

Hadisə Materials 29 İyun 2022 00:44 (UTC +04:00)
Bakıda sexdə yanğın olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 65 m² olan istehsalat sexində hər birinin tutumu 4 ton olan 4 çəndən birindən ətrafa dağılan yağ 15 m² sahədə və sexin taxta atmaları 20 m² sahədə yanıb.

Yanğın zamanı sexin içərisində olan 2 ədəd propan qaz balonu (hər birinin həcmi 20 litrdir) yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Sexin qalan hissəsi və çəlləklər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti